Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Kiyevdə Avakov “ölkəyə yoluxan virus” adlandırıldı

Rusiya mətbuatında  yayılmış xəbərdə bildirilir ki, Kiyevdə Ukrayna Prezidenti Vladimir Zelenskinin ofisinin qarşısında aksiya iştirakçıları ölkənin daxili işlər naziri Arsen Avakovun işdən çıxarılmasını tələb ediblər.

“Gromadske” telekanalının verdiyi məlumata görə, etirazçılar kimyəvi və bakterioloji silahdan müdafiə kostyumları geyinərək  Avakovu “ölkəyə yoluxan bir virus” adlandırıblar.

Avakov həmçinin rezonans doğuran cinayət işlərinin istintaqının nəticələrinin olmaması, xüsusən 2016-cı ildə avtomobilin partladılması zamanı dünyasını dəyişən jurnalist Pavel Şeremetin öldürülməsində və Xersonda konsentratlaşdırılmış sulfat turşusu içdikdən sonra 2018-ci ildə ölən ictimai fəal Katerina Qandzyukun ölümündə günahlandırılıb.

Şahidlərin sözlərinə görə, nümayişçilər prezident iqamətgahının binasında “Daxili işlər naziri Arsen Avakovun istefasının təqdimatı” yazılmış plakatı asmağa çalışıblar. Etiraz aksiyası Avakovun Ukraynanın daxili işlər naziri vəzifəsində olmasının altıncı ildönümü ilə bağlı olub.

R.TAHİR,
“Xalq qəzeti”

24 2020 11:30 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə