Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İran: ölkə koronavirusla mübarizəyə səfərbər edilir

“İran Silahlı Qüvvələri koronavirusla mübarizəyə cəlb ediləcək”. RİA “Novosti”nin  verdiyi məlumata görə, bunu İran Prezidenti Həsən Ruhani deyib.

“Bütün dövlət qurumları, silahlı qüvvələr, ictimai təşkilatlar cəmiyyətin sağlamlığı üçün lazımi tədbirləri görəcək. Ən qısa müddətdə ən az itki ilə xəstəliyə nəzarət etmək istəyirik” - deyə prezident əlavə edib.

Qeyd edilir ki, İranda bu günə qədər 43 koronavirusa yoluxma hadisəsi qeydə alınıb. Xəstələrdən 8-i ölüb. Yoluxma hadisəsi ilk dəfə fevralın 19-da Qum şəhərindəki ziyarətgahda aşkar edilib.

R.TAHİR,
“Xalq qəzeti”

24 2020 11:25 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə