Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

44 yaşlı ingilis qadın 22-ci uşağın anası olacaq

Avropa ölkələrində çoxuşaqlı ana anlayışı çoxdan yoxa çıxıb. O ki, qaldı dünyaya 20-dən artıq uşaq  gətirmək ola. İngiltərədə çıxan “The Sun” qəzetinin yazdığına  görə, bu ölkədə 21 uşaq anası Sue Radford artıq 22-ci uşağını da dünyaya gətirməyə hazırlaşır.

Bu barədə fəal sosial şəbəkə istifadəçisi olan çoxuşaqlı ana özü də məlumat yayıb. O, “Instagram” hesabında uşaqları ilə birlikdə fotosunu paylaşıb. 44 yaşlı Radfordun 22-ci uşağını dünyaya gətirəcəyi xəbəri və paylaşdığı foto sosial şəbəkədə böyük maraq doğurub və bütün dünyada heyrətlə qarşılanıb.

R.TAHİR,
“Xalq qəzeti”

24 2020 11:24 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə