Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

ATU daha bir əməkdaşlığa imza atdı

Azərbaycan Tibb Universiteti tələbələrin beynəlxalq əlaqələrinin qurulması, tələbə mobilliyinin həyata keçirilməsi, universitin beynəlxalq miqyasda daha yaxşı tanıdılması istiqamətində daha bir təşkilatla əməkdaşlığı gücləndirir. Bununla bağlı ATU ilə Həkimlər və Təbib Tələbələr İctimai Birliyi arasında anlaşma memorandumu imzalanıb.

Memorandum  ATU rektoru, professor Gəray Gəraybəyli, Həkimlər və Təbib Tələbələr İctimai Birliyinin prezidenti Suğra Əzimova tərəfindən imzalanıb. Anlaşma sənədində ATU tələbələrinin beynəlxalq münasibətlərinin gücləndirilməsinə yardım edilməsi ilə yanaşı, həm də xarici ölkələrdən gələn tələbələrin istehsalat təcrübəsini universitet klinikalarında təşkili ilə bağlı məsələlər əhatə olunub.

Qeyd edək ki, Həkimlər və Təbib Tələbələr İctimai Birliyi ilə ATU arasında 10 ildir sıx əməkdaşlıq mövcuddur. Sazişin imzalanması ilə bu əməkdaşlıq daha yeni istiqamətləri əhatə edəcək.

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

24 2020 11:04 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə