Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Hacıqabul, Saatlı və Şirvan sakinləri nazirə problemlərindən söz açıblar

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Hacıqabul rayonunda vətəndaşları qəbul etməzdən əvvəl rayon icra hakimiyyətinin başçısı Rüstəm Xəlilov ümummilli lider  Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.

Qəbul zamanı  S.Babayev  Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq,  sosial müdafiə sahəsində aparılan islahatlar, aktiv sosial müdafiə və məşğulluq proqramlarının genişləndirilməsi, yeni DOST mərkəzlərinin, reabilitasiya müəssisələrinin yaradılması, sosial təminat sisteminin innovativ əsasda təkmilləşdirilməsi istiqamətində görülən işlər barədə vətəndaşlara məlumat verib.  Vətəndaşlar qəbul zamanı məşğulluq, özünüməşğulluq proqramı və peşə hazırlığına cəlb edilmə, əlilliyin qiymətləndirilməsi, reabilitasiya, sosial təminat, əmək hüquqlarının müdafiəsi və s. məsələlərlə bağlı müraciət ediblər. Bir sıra vətəndaşların işlə təminatı məqsədilə onlara vakant iş yerlərinə göndərişlər verilib, eləcə də ödənişli ictimai işlərə cəlb edilmələri tapşırılıb. Əlilliyin qiymətləndirilməsi, sosial təminat və s. ilə bağlı müraciətlərdə qaldırılan bəzi məsələlər  araşdırılması üçün qeydiyyyata götürülüb.

S.Babayev Hacıqabul rayonunda özünüməşğulluq proqramının iştirakçıları ilə də görüşüb, proqram çərçivəsində onlar üçün yaradılmış kiçik müəssisələrə (istixana, qapı-pəncərə sexi, şirniyyat sexi və s.) baxış keçirib. Son bir ildə nazirlik yanında Dövlət Məşğulluq Xidməti tərəfindən özünüməşğulluq proqramı çərçivəsində Hacıqabul rayonunda 133 aztəminatlı ailəyə lazımi mal və materiallar verilməklə onlar üçün kiçik müəssisələr  yaradılıb. Eyni zamanda, rayonda ötən il 1000-ə yaxın şəxs Dövlət Məşğulluq Xidməti tərəfindən münasib işlə təmin edilib, “İşsizin DOSTu” proqramı çərçivəsində rayonda 350  işsiz və işaxtaran şəxsin isə ödənişli ictimai işlə təminatı həyata keçirilib.

Həmin gün həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavinləri Anar Kərimov Saatlıda və Vüsal Nəsirli  Şirvanda vətəndaşları qəbul ediblər.

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

24 2020 10:56 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə