Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bruney-Darüssalamın Sultanı Əlahəzrət Hacı Həssənal Bolkiaha

Əlahəzrət!

Ölkənizin milli bayramı münasibətilə Sizi və Sizin simanızda dost Bruney xalqını Azərbaycan xalqı adından və şəxsən öz adımdan səmimi-qəlbdən təbrik edirəm.
İnanıram ki, Azərbaycan–Bruney dostluq və əməkdaşlıq əlaqələri həm ikitərəfli qaydada, həm də beynəlxalq təşkilatlar, xüsusən İƏT və Qoşulmama Hərəkatı çərçivəsində bundan sonra da xalqlarımızın mənafelərinə uyğun inkişaf edəcək və dərinləşəcəkdir.
Bu xoş fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, xalqınıza sülh və rifah diləyirəm.

Hörmətlə,

 

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 22 fevral 2020-ci il

22 2020 23:33 - MƏKTUBLAR
MƏKTUBLAR

Köhnə versiyamızdan xəbərləri izlə