Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

2020-ci ilin İtaliyada “Azərbaycan mədəniyyəti ili” elan edilməsi xalqımıza göstərilən böyük etimaddır

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropanın və dünyanın ən güclü dövlətlərindən olan İtaliya Respublikasına dövlət səfərinin böyük uğurla başa çatması hər bir azərbaycanlı kimi məni də məmnun etdi. Ancaq bir musiqişünas alim kimi, məni daha çox məmnun edən məsələ 2020-ci ilin dost ölkədə “Azərbaycan mədəniyyəti ili” elan edilməsi xəbəri oldu. 

İtaliya ­Prezidenti Sercio Mattarella Azərbaycan Prezidenti İlham Əliyevlə birlikdə mətbuat üçün bəyanat verərkən dedi ki, 2020-ci il İtaliyada “Azərbaycan mədəniyyəti ili” elan olunub: “Bu, bizim əlaqələrimizi, dostluğumuzu, əməkdaşlığımızı artırmağa kömək edəcək və iki ölkə arasında münasibətləri daha da intensivləşdirəcək”.
Bundan başqa, fevralın 20-də Romadakı Kuirinale Sarayında “2020-ci il – İtaliyada Azərbaycan mədəniyyəti ili”nin açılışı münasibətilə konsert proqramı təqdim olunması da olduqca fəxr etməli fakt idi. Bildirilirdi ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, İtaliya Respublikasının Prezidenti Sercio Mattarella və qızı Laura Mattarella konsert proqramını dinləyiblər.
Xüsusilə vurğulanmalı məqamlardan biri də o idi ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva fevralın 21-də Romada Azərbaycan Mədəniyyət Mərkəzi üçün nəzərdə tutulan bina ilə tanış oldular. Bina ilə tanışlıq zamanı dövlətimizin başçısına məlumat verildi ki, burada Azərbaycan Mədəniyyət Mərkəzinin, həmçinin səfirliyimizin fəaliyyəti üçün hərtərəfli şəraitin yaradılması nəzərdə tutulur. Qeyd olunan ünvanda yüksək səviyyədə təmir-bərpa işlərinin aparılması planlaşdırılır.
Fikrimizcə, bütün bunlar Azərbaycan dövlətinin və Prezident İlham Əliyevin Avropada böyük nüfuza və ehtirama layiq görülməsinin təcəssümüdür. 

 

Nərgiz QULAMOVA,
Bakı Musiqi Akademiyasının müəllimi, musiqişünas

 

22 2020 23:32 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə