Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İtaliyanın nüfuzlu “Rai” telekanalı Prezident İlham Əliyevin bu ölkəyə dövlət səfəri ilə bağlı reportaj yayımlayıb

İtaliyanın nüfuzlu “Rai” televiziya kanalı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu ölkəyə dövlət səfəri ilə bağlı reportaj yayımlayıb.  
Reportajda Prezident İlham Əliyevin İtaliyaya dövlət səfərinin iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın genişlənməsi baxımından əhəmiyyəti qeyd edilir. Xüsusən də imzalanmış sənədlərin əlaqələrin daha da dərinləşməsinə təkan verəcəyi vurğulanır.  
Reportajda Azərbaycan Prezidentinin səfər zamanı keçirdiyi görüşlərdə müzakirə olunan məsələlərdən bəhs edilir. Prezident Sercio Mattarella ilə görüşə daha çox diqqət yetirilən reportajda İtaliya dövləti başçısının ölkələrimiz arasında münasibətlərin inkişafı, eləcə də bu istiqamətdə müzakirə edilən məsələlərlə bağlı fikirləri diqqətə çatdırılır. 
Enerji sahəsində əməkdaşlığa toxunulan reportajda TAP layihəsi üzrə işlərin yekunlaşma mərhələsində olduğu, bunun İtaliya–Azərbaycan əlaqələrinin daha da inkişafına töhfə verəcəyi vurğulanır. 
Həmçinin keçirilən görüşlərdə Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə də toxunulduğu qeyd olunur.

 

Aygün ƏLİYEVA,
AZƏRTAC-ın xüsusi müxbiri
Roma

22 2020 23:30 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə