Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

№ 61    Bakı şəhəri, 21 fevral 2020-ci il 


 Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Məişət zorakılığından zərər çəkmiş şəxslərə yardım mərkəzlərinin fəaliyyəti Qaydası”nın və “Məişət zorakılığından zərər çəkmiş şəxslərə qeyri-dövlət yardım mərkəzlərinin akkreditasiyası Qaydaları”nın təsdiq edilməsi barədə” 2012-ci il 25 aprel tarixli 89 nömrəli və “Xüsusi peşə təhsili müəssisələrinin Nümunəvi Nizamnaməsi”nin təsdiq edilməsi haqqında” 2019-cu il 26 aprel tarixli 189 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə
“Azərbaycan Respublikasının “Məişət zorakılığının qarşısının alınması haqqında”, “Sosial xidmət haqqında”, “Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında”, “Həbs yerlə-rində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” və “Peşə təhsili haqqında” qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 8 oktyabr tarixli 1676-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 14 noyabr tarixli 1563 nömrəli Sərəncamının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 25 aprel tarixli 89 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 4, maddə 398) ilə təsdiq edilmiş 1 nömrəli əlavə - “Məişət zorakılığından zərər çəkmiş şəxslərə yardım mərkəzlərinin fəaliyyəti Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:
1.1. 1.2-ci bənddə “psixi” sözü “psixoloji” sözü ilə əvəz edilsin;
1.2. 3.1.3-cü yarımbəndə “reabilitasiya” sözündən sonra “və psixoloji korreksiya” sözləri əlavə edilsin.
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 26 aprel tarixli 189 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 4, maddə 780) ilə təsdiq edilmiş “Xüsusi peşə təhsili müəssisələrinin Nümunəvi Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:
2.1. 2.1.5-ci yarımbənddə “psixoloji və sosial reabilitasiyasını” sözləri “sosial reabilitasiyasını, psixoloji reabilitasiya və psixoloji korreksiyasını” sözləri ilə əvəz edilsin;
2.2. 3.1.21-ci yarımbəndə “təşkil etmək” sözlərindən sonra “və “Psixoloji yardım haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə riayət edilməklə, psixoloji yardım həyata keçirmək” sözləri əlavə edilsin.

 

Əli ƏSƏDOV
Azərbaycan Respublikasının Baş Naziri

NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə