Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

№ 58    Bakı şəhəri, 21 fevral 2020-ci il 


Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin  2000-ci il 2 sentyabr tarixli 155 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan  Respublikasının Əqli  Mülkiyyət  Agentliyinin sənaye mülkiyyətinin mühafizəsi sahəsində mübahisələrə baxan Apellyasiya şurası haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli 155 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 9, maddə 681; 2002, № 3, maddə 148; 2004, № 3, maddə 193; 2009, № 1, maddə 32, № 9, maddə 752; 2010, № 3, maddə 255; 2014, 
№ 5, maddə 579; 2018, № 12 (II kitab), maddə 2735; 2019, № 9, maddə 1568; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 24 dekabr tarixli 494 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin sənaye mülkiyyətinin mühafizəsi sahəsində mübahisələrə baxan Apellyasiya şurası haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:
1. 5.4-cü bəndin üçüncü abzasının birinci cümləsində “əlavə rüsum” sözləri “dövlət rüsumu” sözləri ilə əvəz edilsin.
2. 5.6-cı bəndin birinci və ikinci abzaslarında, 6.3-cü bəndin ikinci cümləsində ismin müvafiq hallarında “rüsum” sözü ismin müvafiq hallarında “dövlət rüsumu” sözləri ilə əvəz edilsin.

 

Əli ƏSƏDOV
Azərbaycan Respublikasının Baş Naziri

 

NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə