Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Karim İfrak: “Xocalıya ədalət!” kampaniyası beynəlxalq ictimaiyyəti məlumatlandırmaq baxımından çox önəmlidir

Xocalı soyqırımının 28-ci ildönümü ilə bağlı Parisdə keçirilmiş anım tədbirində iştirak etdim. XXI əsrin astanasında bu cür soyqırımı aktının törədilməsi qəbuledilməzdir. Bir gecədə qəflətən mülki şəxslərə edilən hücum nəticəsində 613 insanın – qadın, qoca və uşaqların vəhşicəsinə qətlə yetirilməsi ilə bağlı eşitdiklərim mənə çox pis təsir etdi. Həmin qətliamdan 28 il keçməsinə baxmayaraq, qatillər, cəlladlar hələ də cəzalandırılmayıb. Ermənistan Azərbaycan torpaqlarını işğal edib. Ədalət tam bərqərar olmalı, Azərbaycan torpaqları geri qaytarılmalıdır.  

Bu fikirləri Parisdəki Mədəniyyət Mərkəzində Xocalı soyqırımı ilə bağlı keçirilən tədbirdə iştirak edən Fransa Milli Elmi Tədqiqatlar Mərkəzinin tədqiqatçısı Karim İfrak AZƏRTAC-a müsahibəsində deyib. 
Karim İfrak bildirib ki, “Xocalıya ədalət!” kampaniyası beynəlxalq ictimaiyyəti məlumatlandırmaq baxımından çox önəmlidir. Dünya birliyi ermənilər tərəfindən törədilmiş bu barbarlığı, Ermənistanın əsl üzünü görməlidir. Ermənistan heç bir təşkilata məhəl qoymur, münaqişənin sülh yolu ilə həlli istiqamətində heç bir addım atmır. “İnanırıq ki, sülhpərvər, tolerant və inklüziv Azərbaycan xalqı tezliklə torpaqlarını azad edəcək və ədalət öz yerini tutacaq”, - deyə K.İfrak vurğulayıb. 

Şəhla Ağalarova,
AZƏRTAC-ın xüsusi müxbiri
Paris

22 2020 23:23 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə