Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Baş Prokurorluq və DİN Kürdəmirdə ana və azyaşlı oğlunun ölümü ilə bağlı birgə məlumat yayıb

Fevralın 22-də saat 8 radələrində Kürdəmpir rayonunun Şüşün kənd sakini Leyla Qəmbərovanın meyitinin yaşadığı evin həyətindəki su quyusunda, azyaşlı oğlu Hilalın cəsədinin isə evin yataq otağında ailə üzvləri tərəfindən aşkarlanması barədə daxil olmuş məlumat əsasında prokurorluq və polis əməkdaşları məhkəmə-tibb ekspertinin iştirakı ilə dərhal hadisə yerinə və meyitlərə baxış keçiriblər. 

Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin mətbuat xidmətlərinin AZƏRTAC-a daxil olan birgə məlumatında bildirilir ki, Leyla Qəmbərovanın meyitinin müayinəsi zamanı onun sol biləyində iti alətlə kəsilmiş yaradan başqa digər xəsarət və ya xəsarət izləri aşkar olunmayıb.
Faktla bağlı Kürdəmir Rayon Prokurorluğunda cinayət işi başlanıb. İş üzrə prokurorluq və polis əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb, müvafiq ekspertizalar təyin edilib. 
Onların yaşadıqları evə baxış zamanı əşyaların yerbəyer olmaqla tamlığının pozulmadığı müəyyənləşdirilib.
Hazırda cinayət işi üzrə bütün halların tam və hərtərəfli araşdırılması istiqamətində təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir.

22 2020 23:21 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə