Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Xocalı ilə bağlı yeni bədii film çəkilib

“Azərbaycan Televiziya və Radio Verilişləri” (AzTV) Qapalı Səhmdar Cəmiyyəti (QSC) Xocalı soyqırımının 28 illiyinə həsr olunan bədii film-kompozisiya çəkib.
AzTV-dən bildirilib ki, fərqli üslubda çəkilən “Xocalı yol gözləyir” adlı film-kompozisiya soyqırımının canlı şahidi olan və əsirlikdən qayıdan şəxslərin xatirələri əsasında lentə alınıb. 
Filmdəki səhnələr dəhşətli fevral gecəsində yaşananları əks etdirir. Kadrların daha real olması üçün çəkilişlər İsmayıllının bir neçə kəndində mənfi 10 dərəcə temperaturda aparılıb.
Film-kompozisiyada Xocalı soyqırımına həsr olunmuş musiqi parçaları da ifa olunub.
Elnarə Xəlilova, Lalə Məmmədova, Ramal, Ayaz, Günay Mehdiyeva, Xalq artisti Sabir Məmmədov və daha onlarca aktyor və aktrisa layihəyə cəlb olunub. “Xocalı yol gözləyir”in ideya müəllifləri və quruluşçu rejissorları Etibar Babayev və Elnur Məmmədovdur.

 

M.MÜKƏRRƏMOĞLU, “Xalq qəzeti”

22 2020 23:14 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə