Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Rusiya və Türkiyə liderləri arasında telefon danışığı

Prezidentlər İdlib mövzusunda razılığa gəliblər

Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub. RİA “Novosti” agentliyi Kremldəki rəsmi mənbələrə istinadən yazır ki, Rusiya və Türkiyə prezidentləri İdlib mövzusunda razılığa gəliblər.

Xəbərdə sonra qeyd olunur ki, Türkiyə tərəfinin təşəbbüsü ilə baş tutan telefon danışığı zamanı liderlər Suriyanın İdlib əyalətindəki münaqişə vəziyyətini müzakirə ediblər.
Rusiyanın dövlət başçısı Vladimir Putin Suriyanın şimal-qərbində ekstremist qrupların aqressiv fəaliyyətlərinin davam etməsindən narahatlığını ifadə edib. Suriya Ərəb Respublikasının suverenliyi və ərazi bütövlüyünə qeyd-şərtsiz hörmət olunmasının vacibliyi vurğulanıb.
Prezidentlər İdliblə bağlı gərginliyin azaldılmasına, atəşkəsin təmin olunması və terrorçu təhdidlərin neytrallaşdırılmasına istiqamətlənən nazirliklərarası məsləhətləşmələrin aktivləşdirilməsi barədə razılığa gəliblər.
“Hərbi nazirliklər vasitəsi ilə təmasların intensiv rejimdə davam etdirilməsi də təsdiqlənib”,- deyə Kremlin məlumatında qeyd olunub.
O da bildirilib ki, Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan telefon danışığı zamanı Liviya münaqişəsinin nizamlanması mövzusuna da toxunublar. 

 

M.HACIXANLI, “Xalq qəzeti” 

22 2020 23:09 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə