Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Avropa İttifaqının büdcəsində kəsir

Avropa İttifaqının büdcəsində kəsir yaranıb. Buna səbəb Britaniyanın Avropa İttifaqını tərk etməsi olub.
“Reuters”in məlumatına görə, Avropa İttifaqına daxil olan dövlətlərin başçılarının Brüsseldə keçirilən ikigünlük sammitində də razılığa gələ bilməyiblər. Büdcə 60-75 milyard avro kəsirdə qalır. Beləliklə, 2021-2027-ci illər Avropa İttifaqının büdcəsi qəbul olunmayıb.
Almaniya Kansleri Angela Merkel bildirib ki, Avropa İttifaqına daxil olan ölkələrin rəhbərlərinin fikir müxtəlifliyi var. Buna görə də büdcəni müzakirə etmək olmur. Avrokomissiyanın sədri Ursula fon der Lyayen bildirib ki, Britaniyanın əvəzinə, Avropa İttifaqına üzv olan ölkələr boşluğu doldurmalıdırlar. Avstriyanın Kansleri Sebastyan Kurts bildirib ki, büdcənin müzakirəsi üçün yüksək səviyyədə hələ iki-üç görüş keçirilməli və ciddi müzakirələr aparılmalıdır.

 

Qəzənfər QASIMOV, “Xalq qəzeti”

22 2020 23:08 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə