Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Talibana” qarşı hərbi əməliyyatlar dayandırılıb

“Reuters” agentliyinin məlumatına görə, Əfqanıstan Prezidenti Əşrəf Qani “Taliban” terror təşkilatına qarşı hərbi əməliyyatların dayandırılması barədə tapşırıq verib.
Bildirilir ki, bu qərar ABŞ və “Taliban” arasında sülh prosesinin dəstəklənməsi məqsədi daşıyır. Əşrəf Qani bunun uzunmüddətli atəşkəsin saxlanması üçün stimul ola biləcəyini söyləyib.
Məlumata görə, “Taliban”a qarşı hərbi əməliyyatlar bir həftəlik dayandırılıb. Əşrəf Qani “Taliban”la bağlı qəbul etdiyi qərarın ölkədə fəaliyyət göstərən digər terror təşkilatlarına aid edilmədiyini bildirib.
Qeyd edək ki, ABŞ-la “Taliban” terror qruplaşması arasında razılaşma fevralın 29-da imzalanacaq.

 

Rövşən ATAKİŞİYEV, “Xalq qəzeti”

 

22 2020 23:07 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə