Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Rusiyada Azərbaycanla bağlı mühüm müzakirə olub

Rusiyada Azərbaycanla bağlı mühüm müzakirə olub

Mədəniyyət Nazirliyindən verilən məlumata görə, görüş çərçivəsində Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında mədəniyyət sahəsində ikiillik tədbirlər planının hazırlanması və bir sıra digər məsələlər müzakirə edilib.

Müzakirələr zamanı təhsil müəssisələri arasında kadrlar mübadiləsinin həyata keçirilməsi, rejissorların müştərək qastrol səfərlərinin təşkili, o cümlədən kitabxana sahəsində Moskvada tətbiq olunan ən son texnologiyaların Bakıda da tətbiqi imkanlarına baxılması, beynəlxalq festivallarda müştərək iştirak, Azərbaycan bəstəkarlarının əsərlərinin Moskva teatr repertuarlarına əlavə edilməsi, müştərək tamaşaların qoyulmasının və Moskvanın hər hansı bir teatrında bir həftəlik "virtual pəncərənin" təşkil olunması, qarşılıqlı sərgilərin keçirilməsi, arxeologiya sahəsində birgə fəaliyyətin genişləndirilməsi məsələləri barədə fikir mübadiləsi aparılıb.

Görüşdə Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu iştirak edib.

 

M.MÜKƏRRƏMOĞLU,
 “Xalq qəzeti”

26 2018 09:57 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə