Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Xocalı faciəsi bəşəriyyətə qarşı yönəlmiş ən dəhşətli vandalizm aktıdır

Füzuli rayonunda Xocalı soyqırımının 28-ci ildönümü münasibətilə silsilə tədbirlər davam edir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Füzuli Rayon İcra Hakimiyyəti və təhsil şöbəsinin birgə təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə əvvəlcə məktəblilərin Xocalı soyqırımına həsr etdikləri əl işlərindən ibarət sərgiyə baxış keçirilib. Xocalı soyqırımı qurbanlarının və Vətənimizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Füzuli Rayon İcra Hakimiyyəti başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gülbahar Eyvazova çıxış edərək Xocalı faciəsinin başvermə səbəbləri, mahiyyəti, acı nəticələri, ermənilərin dinc əhaliyə qarşı törətdikləri vəhşiliklər barədə danışıb. Bildirib ki, Xocalı soyqırımının dünyaya tanıdılması istiqamətində dövlətimiz tərəfindən məqsədyönlü iş aparılır, beynəlxalq təşkilatlar, aparıcı dövlətlər münaqişənin kökləri, səbəbləri və nəticələri barədə daha geniş məlumatlandırılır. Bu sahədə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyası böyük əhəmiyyət daşıyır.
Tədbirdə məktəblilər faciəyə həsr olunmuş şeirlər söyləyib, kompozisiya nümayiş etdiriblər.

22 2020 13:43 - XOCALI
XOCALI

Köhnə versiyamızdan xəbərləri izlə