Ən son xəbərlər
kartriclərin doldurulması, avadanlıqların təmiri və profilaktikası xidmətlərinin satın alınması məqsədilə
KOTİROVKA SORĞUSU ELAN EDİR
İddiaçı kimi iştirak etmək istəyənlərə təklif olunur ki, öz kotirovka təkliflərini möhürlənib imzalanmış zərfdə təqdim etsinlər. Müqaviləni yerinə yetirmək üçün sorğu iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.
Kotirovka sorğusunda iştirak etmək üçün qeyd olunan sənədlər-
• nizamnamənin surəti (notarial qaydada təsdiq olunmuş);
• kommersiya hüquqi şəxsin dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin surəti (notarial qaydada təsdiq olunmuş);
• kommersiya hüquqi şəxsin rekvizitləri (möhürlənib imzalanmış şəkildə)
• kommersiya hüquqi şəxslərin dövlət reyestrindən çıxarış (notarial qaydada təsdiq olunmuş) və iddiaçının tender təklifi 28 fevral 2020-ci il saat 15.00-dək AZ1138, Bakı şəhəri, Yasamal rayonu, M.Müşfiq küçəsi 1M nömrəli (əlaqələndirici şəxs- İlham Əliyevə, telefon -012-502-47-53/56/58, daxili 144) ünvana təqdim edilməlidir.
Təkliflər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildəki təkliflər Azərbaycan dilinə tərcümə edilməlidir). Kotirovka sorğusu proseduru “Dövlət satınalmaları haqqında” qanuna uyğun keçiriləcəkdir. Göstərilən müddətdən gec təqdim olunan kotirovka təklifləri baxılmadan geri qaytarılacaqdır. İddiaçılar və ya onların səlahiyyətli nümayəndələri 2 mart 2020-ci il saat 11.00-da zərflərin açılışında iştirak edə bilərlər.
Tender komissiyası
Köhnə versiyamızdan xəbərləri izlə