Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Alleqri, yoxsa Sarri?

PSJ yay mövsümündə baş məşqçini dəyişdirməyi düşünür.

Bu barədə Fransa mətbuatı məlumat yayıb. Bildirilir ki, Paris təmsilçisinin  idman direktoru Leonardo Tomas Tuxelin işindən o qədər də məmnun deyil. Bundan başqa, komandanın Çempionlar Liqasındakı çıxışı da klub rəhbərliyində narazılıq yaradıb. Rəhbərlik Tuxelin PSJ-ni hədəflərinə çatdıra bilməyəcəyini düşünür.
Qeyd edilir ki, artıq Fransa mətbuatında almaniyalı mütəxəssisin yerinə namizədlər var. Massimiliano Alleqri və ya Maurisio Sarrinin Tuxeli əvəzləyəcəyi yazılır.
Xəbəri “Le Parisien” verib.
Hazırladı: 
Elçin ABBASOV,
“Xalq qəzeti”

 

22 2020 13:25 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə