Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İspaniyada hərbi qulluqçuların sayı artırılacaq

İspaniya Müdafiə Nazirliyi hərbi qulluqçuların sayını artırmaq niyyətindədir. “Euronews”un yaydığı məlumata görə, bu bəyanatla İspaniya Konqresində ölkənin müdafiə naziri Marqarita Robles çıxış edib. 
Nazir bəyan edib ki, onun rəhbərlik etdiyi struktur Silahlı Qüvvələrin sayını təqribən 127 min hərbi qulluqçuyadək artırmaq niyyətindədir. Bildirilib ki, hazırda İspaniya Silahlı Qüvvələrinin hərbi qulluqçularının sayı təqribən 120 min nəfər təşkil edir.
M.Robles bildirib ki, İspaniya, Fransa və Almaniya altıncı nəsil qırıcı təyyarənin birgə işlənib hazırlanması barədə müqavilə imzalayıblar. Birinci mərhələdə layihəni Paris və Berlin maliyyələşdirəcək və bu işə 155 milyon avro vəsait ayıracaqlar.
Marqarita Robles İspaniyanın istər Avropa İttifaqının, istərsə də NATO-nun missiyalarında bundan sonra da fəal şəkildə təmsil olunacağını açıqlayıb.
Rövşən ATAKİŞİYEV,
“Xalq qəzeti”

22 2020 13:02 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə