Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bakı Kitab Mərkəzində görmə qabiliyyəti zəif uşaqlarla görüş keçirilmişdir

Bakı Kitab Mərkəzində görmə qabiliyyəti zəif uşaqlarla görüş keçirilmişdir

Bakı Kitab Mərkəzində görmə qabiliyyəti zəif və görmə qabiliyyəti məhdud uşaqlarla görüş keçirilib.  

Bakı Kitab Mərkəzi ilə ümumi tanışlıqdan sonra uşaqlar görmə əngəlli insanlar üçün nəzərdə tutulan xüsusi guşədə brayl əlifbası ilə yazılan kitablar və avadanlıqlarla tanış olublar.Görməsi zəif olan uşaqlar böyüdücü monitorlar vasitəsilə kitablardan mətnlər və şeirlər oxuyublar. Görmə əngəlli uşaqların bu gözəl görüşü Bakı Kitab Mərkəzi və F.Köçərli adına Respublika Uşaq Kitabxanasının birgə əməkdaşlığı sayəsində baş tutub.

Uşaqlara Bakı Kitab Mərkəzi və F.Köçərli adına Respublika Uşaq Kitabxanası adından hədiyyələr təqdim edilib. Tədbirin sonunda uşaqlar BKM-də Ulduzla oxu layihəsi çərçivəsində təşkil olunmuş məhşur ifaçı Miri Yusif ilə görüşə qatılıblar.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

26 2018 09:49 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə