Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Şagirdlərin istehsalat müəssisəsinə ekskursiyası təşkil edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti  tərəfindən peşəyönümü tədbiri çərçivəsində 254 saylı orta məktəbin şagirdləri üçün istehsalat sahəsinə ekskursiya təşkil edilib.

Şagirdlər “Xəzri TN” MMC çörək zavodunda istehsalın bütün mərhələləri, həmçinin zavodun laboratoriyası ilə tanış olublar. Onlar müəssisədəki peşələr, buradakı iş prosesi haqqında geniş məlumat əldə ediblər. 

Peşəyönümü tədbirləri gənc nəslin əmək bazarına uyğun düzgün peşə seçiminə dəstək verilməsi, əmək bazarında olan peşələr, işəgötürənlərin peşə və ixtisaslara tələbləri barədə onların məlumatlandırılması məqsədi daşıyır. Belə tədbirlərin il ərzində digər məktəblərin şagirdləri üçün də təşkil olunması planlaşdırılır.

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

22 2020 10:56 - İDMAN
İDMAN
19 Mart 2020 | 20:50
AVRO-2020 təxirə salındı
19 Mart 2020 | 20:47
Müqavilə ləğv edilib

Köhnə versiyamızdan xəbərləri izlə