Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Texasda təyyarə qəzası

ABŞ-ın Texas ştatının Kolmen dairəsində yüngülmühərrikli təyyarə qəzaya uğrayıb. Qəza nəticəsində təyyarədə olan üç nəfər həlak olub.

“AbileneReporter News” nəşrinə müsahibəsində ABŞ Federal Aviasiya Adminstrasiyasının nümayəndəsi Linn Lansford bildirib ki, “Super King Air” yüngülmühərrikli təyyarə radarlardan  itib və “Abilin” regional aeroportuna gələ bilməyib.

Xilasedicilər qəzaya uğrayan təyyarəni yerli vaxtla saat 10:00-da Kolman gölünün qərbində tapıblar. Həlak olanların kimliyi müəyyənləşdirilir.

Qəzənfər QASIMOV,
“Xalq qəzeti”

21 2020 16:31 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə