Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Türkiyə ABŞ-dan Patriot sistemləri tələb edib

Türkiyə hava məkanının müdafiəsi üçün ABŞ-dan Patriot sistemlərinin ölkə ərazisində yerləşdirilməsini tələb edib.

Bloomberg’in məlumatına əsasən, buna səbəb Suriya rejim qüvvələrinin hücumlarına qarşılıq olaraq bu qərara gəlindiyi bildirilir. Məlumatda həmçinin, ABŞ rəsmilərinin Patriot sistemlərini Türkiyənin cənubunda yerləşdirəcəyi haqqında qərar qəbul etdikləri bildirilir.

Bəzi hərbi mənbələrin məlumatına görə, Türkiyə qırıcıları Suriyanın şimalında və İdlib şəhəri üzərində uçuşlar həyata keçirirlər.

Qeyd edək ki, İdlibdə gedən döyüşlər nəsticəsində Türkiyə hərbçiləri bir neçə şəhid vermişdi. Hazırda Suriya rejimi ilə Türkiyə arasında İdlib gərginliyi davam etməkdədir.

Elşən AĞALAR,
“Xalq qəzeti”

21 2020 15:29 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə