Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Könüllülər haqqında film çəkiləcək

“Regional İnkişaf” İctimai Birliyinin (RİİB) sifarişi və təşkilati dəstəyi ilə Azərbaycanda könüllülük fəaliyyətinin tarixinə həsr olunan sənədli film və fotosərgi hazırlanır. Layihənin icrasını Bakı Media Mərkəzi həyata keçirir.

Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə 2020-ci ilin Azərbaycanda “Könüllülər ili” elan olunması ilə əlaqədar RİİB ölkədə könüllülük hərəkatının genişləndirilməsi, könüllülərin fərdi inkişafı və faydalı məşğulluğunun təmin edilməsi, gənclərdə sosial məsuliyyət, vətənpərvərlik, dövlətçilik, humanizm dəyərlərinin möhkəmləndirilməsi istiqamətində müxtəlif tədbirlər və sosial layihələr reallaşdırır.

Sənədli film və fotosərgidə ölkəmizdə dövlət-özəl sektor-vətəndaş cəmiyyəti arasında əməkdaşlığın gücləndirilməsi məqsədilə başlanan könüllülük hərəkatı əhatə olunacaq. Eyni  zamanda,  Azərbaycan Prezidenti İlham Əliyevin reallaşdırdığı uğurlu gənclər siyasəti sayəsində yeni inkişaf mərhələsinə qədəm qoyması, gənclərin kreativlik, təşəbbüskarlıq, innovativ düşüncə tərzi və müasir dünyagörüşləri ilə ölkəmizdə könüllülük fəaliyyətinə yeni nəfəs verməsi əksini tapacaq. Eləcə də, gənclərin ölkəmizin ev sahibliyi etdiyi "Eurovision-2012” mahnı müsabiqəsi, 2015-ci il birinci Avropa Oyunları, 2017-ci il IV İslam Həmrəyliyi Oyunları, "Formula-1” və digər irimiqyaslı tədbirlərdə, müxtəlif dövlət qurumlarında könüllü kimi fəaliyyətindən geniş bəhs olunacaq.

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

21 2020 15:09 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə