Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Beynəlxalq Caz Gününə Keyptaun ev sahibliyi edəcək

 Aprelin 30-da qeyd olunacaq Beynəlxalq Caz Gününə Keyptaun ev sahibliyi edəcək.

Beynəlxalq Caz Gününün rəsmi saytı xəbər verir ki, builki tədbir Afrika cazının köklərinə və yollarına həsr olunacaq. Bu mövzu caz musiqisi vasitəsilə Afrikanın identikliyini və qlobal musiqiyə töhfə verməyə qadir olan qitənin yaradıcı potensialını əhatə edir. Beynəlxalq Caz Günündə Keyptaun cazın özünəməxsus tarixini və irsini nümayiş etdirəcək. Bayramın təşkilatçıları qeyd edirlər ki, Keyptaunda caz mahiyyətcə musiqidən daha üstündür – bu, quldarlığa və aparteidə qarşı mübarizənin tarixidir.

Beynəlxalq Caz Günü 2011-ci ilin noyabrında UNESKO tərəfindən elan olunub. 2012-ci ildən qeyd edilən bu əlamətdar günün məqsədi dünyanın hər yerindən insanların bir araya gəlməsində cazın rolunu vurğulamaqdır.

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

21 2020 11:05 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə