Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Novruz çərşənbələrinin və qeyri-iş günlərinin vaxtı

AMEA-nın Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini, fizika üzrə fəlsəfə doktoru Xıdır Mikayılov mediaya açıqlamasında bildirib ki, bu il ilk  Su çərşənbəsi fevralın 25-nə təsadüf edəcək.

Alimin sözlərinə görə, martın 3-də Od, martın 10-da Yel çərşənbəsi olacaq. Novruzun ilaxır  Torpaq çərşənbəsi isə martın 17-də qeyd ediləcək. 2020-ci ildə yaz fəsli ölkəyə martın 20-də, Bakı vaxtı ilə saat 07:49:36-da daxil olacaq: “Bununla da Şimal yarım kürəsinə Yaz fəsli daxil olur. Buna görə də martın 19-u bayram axşamı, martın 20-si isə bayram günü hesab ediləcək”.

Xatırladaq ki, bu il Novruz bayramı ilə əlaqədar 20, 21, 22, 23, 24 mart qeyri-iş günləri olacaq. Bu il bayram günü hesab edilən 21 və 22 mart həftələrarası istirahət günləri ilə üst-üstə düşdüyündən 25, 26 mart da qeyri-iş günü hesab ediləcək. Beləliklə, Novruz bayramı günlərində 20-26 mart tarixləri qeyri-iş günləri olacaq.

R.TAHİR,
“Xalq qəzeti

21 2020 14:13 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə