Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Beyləqanda ötən ilin inkişafına yekun vurulub

Beyləqan Rayon Mədəniyyət Mərkəzində keçirilən ümumrayon yığıncağında 2019-cu ildə sosial-iqtisadi inkişafın yekunları nəzərdən keçirilib, diqqət cari ilin başlıca hədəflərinə yönəldilib.  

Hesabat yığıncağında məruzə ilə çıxış edən Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev bildirib ki, 2019-cu il beyləqanlılar üçün Prezident İlham Əliyevin fevralın 13-də rayona səfəri ilə əlamətdar və yaddaqalan olub. Ötən il rayonda istehsal, quruculuq, tikinti və abadlıq işləri uğurla davam etdirilib, əhalinin zəruri xidmətlərə tələbatının ödənilməsi təmin edilib. Əksər sahələrdə qazanılan uğurlar ümumi inkişafa yeni dinamizm gətirib.  

2019-cu ildə ümumi məhsul buraxılışının həcmi 528,11 milyon manat olub. Bu, 2018-ci ilin müvafiq dövrünə nisbətən 232,8 milyon manat çoxdur. İl ərzində 52,81 milyon manatını sənaye, 123,6 milyon manatını kənd təsərrüfatı məhsulları istehsal edilib, 54,5 milyon manatlıq tikinti-quraşdırma işləri görülüb.

Yığıncaqda təhsil, səhiyyə, mədəniyyət, idman sahələrində əldə edilən nailiyyətlərdən, gənclərin və digər sosial qrupların problemlərinin həlli ilə bağlı  həyata keçirilən tədbirlərdən, əhalinin elektrik, qaz, su təminatı və digər zəruri xidmətlərə tələbatının ödənilməsi istiqamətində görülən işlərdən də ətraflı bəhs edilib. Məruzə və çıxışlarda uğurlarla yanaşı, problemlərə də toxunulub, müxtəlif təkliflər səslənib.   

Qəbul edilmiş qərarda 2020-ci ildə Beyləqan rayonunun sosial-iqtisadi inkişafının əsas hədəfləri, nəzərdə tutulan ümumrayon tədbirləri əksini tapıb.

R.TAHİR,
 “Xalq qəzeti”

21 2020 14:10 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə