Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Gömrük Komitəsi yararsız məhsulları yandıraraq məhv edib

Fevralın 20-də Dövlət Gömrük Komitəsinin (DGK) müvafiq qurumları tərəfindən istifadəyə yararsız, mənşəyi bilinməyən, həmçinin dövriyyəsi məhdudlaşdırılan və qadağan olunan malların məhvetmə prosesi həyata keçirilib.

Komitənin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən bildirilib ki, ümumilikdə 263 min 29 ədəd fişəng və pirotexniki vasitə, 47 min 322 ədəd müxtəlif adda dərman preparatı, 59 ədəd yararsız müxtəlif markalı telefon və aksesuarları, 5077 litr alkoqollu və kustar üsulla 4742 ədəd sərinləşdirici içki, 5255 kiloqram ərzaq və qeyri-ərzaq məhsulları, 3070 kiloqram yuyucu vasitə, 2167 kiloqram müxtəlif növ məişət malları məhv edilib.

Məhv edilən mallar fiziki şəxslər tərəfindən Nazirlər Kabinetinin 305 saylı Qərarı ilə müəyyənləşdirilən normalara əməl olunmadan gömrük sərhədindən keçirilməyə cəhd göstərildiyi üçün müvəqqəti saxlanc anbarına qəbul olunan və saxlanc müddətində vətəndaşlar tərəfindən həmin malların geri götürülməsinə dair müraciət olunmayan, eyni zamanda, istifadəyə yararsız, mənşəyi bilinməyən, həmçinin dövriyyəsi məhdudlaşdırılmış və qadağan olunmuş kateqoriyalara aiddir. Məhv edilən mallar arasında Ermənistan istehsalı olan 324 ədəd suvenir, 40 qutu siqaret və 18 litr müxtəlif növ spirtli içkilər də olub. Müvafiq ekspert rəyi və məhkəmə qərarına əsasən, məhvetmə prosesinə cəlb olunan mallar Sumqayıt şəhəri yaxınlığındakı ekoloji poliqonda DGK-nın müvafiq qurumlarının əməkdaşları və media nümayəndələrinin iştirakı ilə yandırılaraq məhv edilib.

V.BAYRAMOV,
“Xalq qəzeti”

21 2020 14:26 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə