Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Sosial xidmətin inkişafına dair Milli Strategiya layihəsi hazırlanıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən “2020-2026-cı illərdə Azərbaycan Respublikasında sosial xidmətin inkişafına dair Milli Strategiya”nın layihəsi hazırlanıb.

Layihədə Strategiyanın əsas məqsədi kimi sosial xidmətlərin təşkilati, iqtisadi və hüquqi mexanizmlərinin modernləşdirilməsi əsasında bu xidmətlərin kifayət qədər keyfiyyətli və ehtiyacı olan vətəndaşlar üçün əlçatanlığının artırılması, beynəlxalq norma və standartlara uyğun təkmilləşdirilməsi, ünvanlılığının təmin edilməsi qeyd olunur. Strategiyanın əsas vəzifələri sırasına sosial xidmətin göstərilməsi sahəsində qanunvericilik bazasının təkmilləşdirilməsi, sosial xidmət müəssisələrinin şəbəkəsinin genişləndirilməsi,  qabaqcıl dünya ölkələrinin təcrübəsinə əsaslanan yeni sosial xidmət modellərinin yaradılması və tətbiqi, müvafiq sahədə kadr potensialının gücləndirilməsi və s. daxildir.

Ötən il nazirliyin saytında ictimai müzakirəyə təqdim edilən layihə ilə bağlı  vətəndaş cəmiyyəti institutlarının rəy və təklifləri alınıb. Hazırda aidiyyəti qurumların rəy və təkliflərinin də alınması və layihənin təkmilləşdirilməsi işləri aparılır.

Z.BƏŞİRQIZI,
”Xalq qəzeti”

21 2020 11:09 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə