Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Türkiyə S-400 zenit-raket komplekslərinin istifadəyə vermə tarixini açıqladı

Rusiyadan alınmış S-400 zenit-raket kompleksləri təxminən aprel ayından sonra istifadəyə veriləcək.

Türkiyə Müdafiə Naziri Hulusi Akar bildirib ki, hazırda təlim prosesi davam edir, işlər plana uyğun aparılır, heç kim buna şübhə etməməlidir.

Akar əlavə etdi ki, təxminən aprel ayından sonra S-400 istifadəyə veriləcək.

Qeyd edək ki, iyulun 12-də Türkiyənin Müdafiə naziri Hulusi Akar S-400 komponentlərinin Türkiyəyə göndərilməyə başlandığını açıqlamışdı.

                                                “Xalq qəzeti”

21 2020 10:06 -

Köhnə versiyamızdan xəbərləri izlə