Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Dövlət İmtahan Mərkəzi Publik Hüquqi Şəxs güllərin və gül buketlərinin satın alınması məqsədilə KOTİROVKA SORĞUSU ELAN EDİR

İddiaçı kimi iştirak etmək istəyənlərə təklif olunur ki, öz kotirovka təkliflərini möhürlənib imzalanmış zərfdə təqdim etsinlər. Müqaviləni yerinə yetirmək üçün sorğu iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.
Kotirovka sorğusunda iştirak etmək üçün qeyd olunan sənədlər:
• nizamnamənin surəti (notarial qaydada təsdiq olunmuş); 
• kommersiya hüquqi şəxsin dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin surəti (notarial qaydada təsdiq olunmuş); 
• kommersiya hüquqi şəxsin rekvizitləri (möhürlənib imzalanmış şəkildə) 
• kommersiya hüquqi şəxslərin dövlət reyestrindən çıxarış (notarial qaydada təsdiq olunmuş) və iddiaçının tender təklifi  27 fevral 2020-ci il saat 15.00-dək  AZ1138, Bakı şəhəri, Yasamal rayonu, M.Müşfiq küçəsi 1M (əlaqələndirici şəxs- İlham Əliyevə, telefon 012-502-47-53/56/58, daxili 144) nömrəli  ünvana təqdim edilməlidir.  
Təkliflər Azərbaycan dilində,  2 nüsxədə  (əsli və surəti) tərtib olunmalıdır (xarici dildəki təkliflər Azərbaycan dilinə  tərcümə edilməlidir). Kotirovka sorğusu proseduru “Dövlət satınalmaları haqqında” Qanuna uyğun keçiriləcəkdir. Göstərilən müddətdən gec təqdim olunan kotirovka təklifləri baxılmadan geri qaytarılacaqdır. İddiaçılar və ya onların səlahiyyətli nümayəndələri 28 fevral 2020-ci il saat 11.00-da  zərflərin açılışında iştirak edə bilərlər.

 

Tender komissiyası

 

21 2020 00:45 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
20 Mart 2020 | 00:55
MƏTANƏT A
20 Mart 2020 | 00:55
Kapital Bank
20 Mart 2020 | 00:51
BİLDİRİŞ

Köhnə versiyamızdan xəbərləri izlə