Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikasının Energetika Nazirliyi öz ehtiyaclarını təmin etmək məqsədilə dəftərxana və təsərrüfat mallarının satın alınması üçün Açıq Tender Elan Edir

Tender iştirakçılarına təklif olunur ki, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun yuxarıda göstərilən işlər üzrə öz yazılı tender təkliflərini etender.gov.az internet səhifəsində elektron qaydada təqdim etsinlər.
Tenderdə iştirak etmək istəyənlər aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu etender.gov.az internet səhifəsindən əldə edə bilərlər. 
Əlaqələndirici şəxs – Elçin Mehrəliyev (telefon 598 16 53/54 – daxili 1132).
İştirak haqqı 150 manatdır.
 İştirak haqqı heç bir halda geri qaytarılmır.
Alan- Azərbaycan Respublikasının Energetika Nazirliyi 
Bank rekvizitləri- 
Dövlət Xəzinədarlığı Agentliyi
Kod- 210005,
VÖEN-1401555071
M/h- AZ41NABZ
01360100000000003944 
SWİFT - CTREAZ22
VÖEN - 1300087531
H/h - AZ44CTRE
00000000000002218301
Təyinatı mütləq yazılmalıdır!
Təyinatı- 
Tenderdə iştirak haqqı
Energetika Nazirliyi
XHK 2218301 
Büdcə səviyyəsinin kodu - 7
İqtisadi təsnifat kodu - 142340
Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir:
- yüksək keyfiyyət, aşağı qiymət və müqavilənin vaxtında yerinə yetirilməsi. 
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi texniki və maliyyə imkanlarına malik olmalıdırlar.
İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər: 
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış; 
- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- tender təklifi (tender zərfləri açıldıqdan sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır.
Elektron tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak üçün ixtisas göstəricilərinə aid sənədləri 12 mart 2020-ci il saat 17.00-a, tender təklifi ilə bank təminatı sənədlərini isə 27 mart 2020-ci il saat 16.01-ə qədər portal vasitəsilə təqdim etməlidirlər. 
İddiaçıların təklifləri 30 mart 2020-ci il saat 17.00-da açılacaqdır. İddiaçılar açılışın nəticələrilə portal vasitəsilə tanış ola bilərlər.
QEYD - tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada portal vasitəsilə aparılır.
E-şərtlər toplusunu 2020-ci il fevralın 21-dən sonra əldə etmək olar.

 

Tender komissiyası

21 2020 00:44 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
20 Mart 2020 | 00:55
MƏTANƏT A
20 Mart 2020 | 00:55
Kapital Bank
20 Mart 2020 | 00:51
BİLDİRİŞ

Köhnə versiyamızdan xəbərləri izlə