Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Türkiyənin ən böyük kitabxanasının açılışı

Fevralın 20-də Türkiyədə dünyanın ən böyük kitabxanalarından birinin açılışı olub. Türkiyə KİV-i xəbər verir ki,  Prezident Rəcəb Tayyib Ərdoğan Millət Kitabxanasının açılış mərasimində iştirak edib.
İnşaat işlərinə 2016-cı ildə başlanılan kitabxananın 125 min kvadratmetr sahədə qapalı sahəsi var. Bu kitabxana eyni zamanda, 5 min nəfərə xidmət edə bilər. Kitabxanada 4 milyon çap, 120 milyondan çox elektron nəşr və 550 min elektron kitab və nadir əsər var.
Çap mənbələri ilə yanaşı, elektron resurs abunəçiliyi də işə salınır. Uzunluğu 201 kilometr olan rəflərdə 134 müxtəlif dildə kitablar, 100 ölkədən 120 milyon məqalə yer alıb.
Millət Kitabxanasının həm kolleksiyası, həm də xidmətləri baxımından dünyanın ən nüfuzlu kitabxanaları sırasına daxil olması gözlənilir.

 

Anar TURAN, “Xalq qəzeti”

21 2020 00:01 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə