Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“DOSTTALKS” layihəsi beynəlxalq müsabiqənin qalibi olub

Rusiyanın “Şimal – Cənub” Politologiya Mərkəzinin təşkilatçılığı ilə Bakıda “Xəzər könüllülük məktəbi”nin birinci iclası və “Xoşməramlı meridianlar” müsabiqəsinin final mərhələsi keçirilib.
Könüllülük fəaliyyəti üzrə Xəzəryanı dövlətlərin ən yaxşı təcrübələrindən ibarət 25 layihə beynəlxalq münsiflər heyəti tərəfindən qiymətləndirilib. Azərbaycanı təmsil edən DOST Agentliyinin “DOSTTALKS” layihəsi “İlin layihəsi” seçilərək müsabiqənin qalibi olub. Qazaxıstanı təmsil edən “Sputnik” layihəsi 2-ci, Rusiyanın “Tom Soyer Fest” layihəsi isə 3-cü yeri tutublar.
Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə 2020-ci ilin Azərbaycanda “Könüllülər ili” elan edilməsi ölkəmizdə könüllülük hərəkatının daha geniş miqyas almasına şərait yaradıb.   DOST Agentliyinin bu uğuru “Könüllü DOST” proqramının könüllülük hərəkatında fəal iştirakına əsaslanır. 
Bu proqrama  indiyədək 9600-dən çox müraciət olunub və 300 könüllü DOST mərkəzlərinə cəlb edilib. Onlar DOST mərkəzlərində dövlət sosial xidmətlərinin “bir pəncərə”dən vətəndaş məmnunluğu prinsipi ilə təqdim edilməsində aktiv iştirak edirlər. “Gənc DOST” proqramı üzrə çalışan gənc könüllülərlə, o cümlədən sağlamlıq imkanları məhdud gənclərlə bərabər, 60–75 yaşlarında bir qrup pensiyaçı da “Gümüşü DOST” proqramı əsasında könüllülər komandasına qoşulub.
Qeyd edək ki, DOST könüllülərindən bir qismi artıq DOST mərkəzlərinin əməkdaşlarıdır.

 

Zərifə BƏŞİRQIZI,
“Xalq qəzeti”

 

21 2020 00:00 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə