Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

№ 56    Bakı şəhəri, 19 fevral  2020-ci il


Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Dəmir yolu nəqliyyatı təyinatlı torpaqlardan və dəmir yolunun xüsusi mühafizə zonasına aid torpaqlardan istifadə olunması Qaydaları”nın və “Dəmir yolları üçün və dəmir yolunun sanitariya-mühafizə zonası üçün torpaqayırma Normaları”nın təsdiq edilməsi haqqında” 2005-ci il 23 fevral tarixli 33 nömrəli, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunun mühafizə (bufer) zonasının xüsusi hüquqi rejimi haqqında Əsasnamə”nin təsdiq edilməsi haqqında” 2011-ci il 22 sentyabr tarixli 150 nömrəli, “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunun xüsusi rejimi haqqında  Əsasnamə”nin  təsdiq edilməsi haqqında” 2013-cü il 2 oktyabr tarixli 285 nömrəli, “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları”nın təsdiq edilməsi haqqında” 2014-cü il 3 aprel tarixli 94 nömrəli və “Reklam qurğularının yol kənarında yerləşdirilməsi Standartları”nın təsdiq edilməsi barədə” 2016-cı il 18 noyabr tarixli 468 nömrəli qərarlarında dəyişiklik edilməsi haqqında
“Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 28 fevral tarixli 200 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu haqqında Əsasnamə”də, “Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin fəaliyyətinin təşkili haqqında” 2017-ci il 31 iyul tarixli 1566 nömrəli Fərmanında, 2017-ci il 7 avqust tarixli 1573 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Nizamnaməsi”ndə, “Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi Qaydası”nın, “Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi üçün dövlət rüsumunun məbləği”nin və “Açıq məkanda reklam yayımına görə ödənilən haqqın məbləği”nin təsdiq edilməsi haqqında” 2017-ci il 19 dekabr tarixli 1743 nömrəli, “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 2018-ci il 6 iyun tarixli 119 nömrəli fərmanlarında, 2018-ci il 31 iyul tarixli 223 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dənizkənarı Bulvar İdarəsinin Nizamnaməsi”ndə və 2018-ci il 21 sentyabr tarixli 278 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 17 oktyabr tarixli 843 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 23 fevral tarixli 33 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 2, maddə 133; 2006, № 1, maddə 59; 2009, № 9, maddə 736, № 10, maddə 846; 2013, № 6, maddə 739; 2015, № 11, maddə 1418; 2016, № 9, maddə 1565, № 12, maddə 2211; 2018, № 7 (II kitab), maddə 1627; 2019, № 7, maddə 1310) ilə təsdiq edilmiş “Dəmir yolu nəqliyyatı təyinatlı torpaqlardan və dəmir yolunun xüsusi mühafizə zonasına aid torpaqlardan istifadə olunması Qaydaları”nın 14-cü hissəsinin birinci cümləsinə “dəyişikliklərin edilməsinə” sözlərindən sonra “, istismarına” sözü və “icazə verilir” sözlərindən sonra “, reklam yerləşdirilməsi üçün nəzərdə tutulmuş sahəsi (çoxtərəfli qurğularda isə bir tərəfin sahəsi) 60 kvadratmetrdən az olan reklam qurğularının quraşdırılması və onlarda konstruktiv dəyişikliklərin edilməsi isə Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 dekabr tarixli 1743 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində tikintisinə icazə tələb olunmayan reklam qurğularının quraşdırılması və sökülməsi Qaydası”na uyğun həyata keçirilir” sözləri əlavə edilsin.
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 22 sentyabr tarixli 150 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 9, maddə 860; 2015, № 10, maddə 1241; 2016, № 3, maddə 596; 2017, № 12 (II kitab), maddə 2477; 2019, № 2, maddə 353) ilə təsdiq edilmiş “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunun mühafizə (bufer) zonasının xüsusi hüquqi rejimi haqqında Əsasnamə”yə aşağıdakı məzmunda 4.8-1-ci bənd əlavə edilsin:
“4.8-1. Zonada reklam qurğuları (reklam) “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq İdarənin razılığı ilə yerləşdirilə bilər.”.
3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 2 oktyabr tarixli 285 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 10, maddə 1206; 2015, № 10, maddə 1240; 2016, № 3,  maddə 575,  № 9,  maddə 1559;  2017,  № 12 (II kitab), maddə 2477; 2018, № 7 (II kitab), maddə 1633) ilə təsdiq edilmiş “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunun xüsusi rejimi haqqında Əsasnamə”nin 3.7-ci və 3.7-1-ci bəndləri aşağıdakı redaksiyada verilsin:
“3.7. İdarə “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, Qoruğun ərazisində açıq məkanda reklam fəaliyyətinə nəzarəti və bu sahədə tənzimləməni həyata keçirir, o cümlədən reklam yerləşdirilməsinə icazə verir, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən açıq məkanda reklam qurğularının tikintisinə, quraşdırılmasına, onlara konstruktiv dəyişikliklər edilməsinə, istismarına icazə verir, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində tikintisinə icazə tələb olunmayan reklam qurğularının quraşdırılması və sökülməsi qaydasına uyğun olaraq müvafiq tədbirlər görür.
3.7-1. Qoruğun mühafizə zonasında reklam qurğuları (reklam) “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq İdarənin razılığı ilə yerləşdirilə bilər.”.
4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 3 aprel tarixli 94 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 4, maddə 440, № 11, maddə 1513; 2015, № 5, maddə 665; 2016, № 3, maddə 615, № 5, maddə 955, № 9,  maddə 1563, № 10,  maddə 1733;  2017,  № 1, maddə 123, № 8, maddələr 1616, 1623, № 9, maddə 1758; 2018, № 2, maddə 343, № 3, maddə 622, № 4, maddə 809, № 5, maddə 1126, № 8, maddə 1817, № 10, maddə 2162, № 11, maddə 2439; 2019, № 3, maddə 522; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 30 dekabr tarixli 521 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları”nın 3.3-1-ci bəndində “divarında” sözü “fasadında (diva-rında, hasarında)” sözləri ilə, “2 kvadratmetrdən” sözləri “1 kvadratmetrdən” sözləri ilə və “daşıyıcıları” sözü “qurğuları” sözü ilə əvəz edilsin. 
5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 18 noyabr tarixli 468 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,  2016,  № 11,  maddə  1956;  2018,   № 7  (II kitab), maddə 1632; 2019, № 7, maddə 1310) ilə təsdiq edilmiş “Reklam qurğularının yol kənarında yerləşdirilməsi Standartları”nın 2.2-ci bəndinə “Məcəlləsinin” sözündən sonra “, reklam yerləşdirilməsi üçün nəzərdə tutulmuş sahəsi (çoxtərəfli qurğularda isə bir tərəfin sahəsi) 60 kvadratmetrdən az olan reklam qurğularının quraşdırılması və onlarda konstruktiv dəyişikliklərin edilməsi isə Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 dekabr tarixli 1743 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində tikintisinə icazə tələb olunmayan reklam qurğularının quraşdırılması və sökülməsi Qaydası”nın” sözləri əlavə edilsin. 

 

Əli ƏSƏDOV
Azərbaycan Respublikasının Baş Naziri

NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə