Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

№ 54    Bakı şəhəri, 18 fevral  2020-ci il


Azərbaycan Respublikası Nazirlər Kabinetinin “İnzibati orqanların Təsnifatı”nın təsdiq edilməsi haqqında” 2007-ci il 28 avqust tarixli 136 nömrəli, “Dövlət borcunun və dövlət zəmanətinin reyestrinin aparılması Qaydası”nın təsdiq edilməsi barədə” 2008-ci il 8 fevral tarixli 36 nömrəli, “Dövlət orqanlarının aparatının (və ya onların fəaliyyətini təmin edən qurumların) və onun bölmələrinin adlarının təsdiq edilməsi barədə” 2008-ci il 19 dekabr tarixli 277 nömrəli və “Azərbaycan Respublikasında dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlarda nəqliyyat vasitələrindən istifadə qaydalarının təkmilləşdirilməsi haqqında” 2011-ci il 18 iyul tarixli 120 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə
“Azərbaycan Respublikası Maliyyə Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 16 oktyabr tarixli 842 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007,  № 8, maddə 861, № 9,  maddə 923, № 10, maddə 1021, № 12, maddə 1331; 2009, № 1, maddələr 22, 32, № 2, maddə 150, № 4, maddələr 282, 293, № 8, maddələr 674, 675, 680, № 10, maddələr 846, 852, 856; 2010, № 2, maddələr 146, 161, № 11, maddə 1040; 2011, № 1, maddə 54,  № 5, maddə 447, № 9, maddə 855; 2012, № 5, maddə 475, № 8, maddə 817, № 10, maddə 1028, № 11, maddə 1204, № 12, maddələr 1363, 1388; 2013, № 1, maddə 73, № 8, maddələr 1015, 1038, № 10, maddə 1219; 2014,  № 1, maddə 69,  № 3, maddə 312, № 6, maddə 736, № 7, maddə 918, № 10, maddə 1308; 2015, № 2, maddə 227, № 5, maddə  612,  № 6,  maddə  799,  № 11, maddə 1413;  2016,  № 2  (II kitab),  maddə 381, № 4,  maddələr 781, 831, № 5, maddə 955, № 7, maddə 1342, № 8, maddələr 1439, 1450, № 9, maddələr 1583, 1585, 1588, № 11, maddə 1976, № 12, maddə 2241; 2017, № 2, maddələr 283, 295, 310, № 5, maddə 972, № 8, maddə 1610, № 10, maddə 1920; 2018, № 2, maddə 335, № 3, maddələr 577, 626, № 7 (II kitab), maddə 1654, № 10, maddələr 2142, 2161; 2019, № 1, maddə 159, № 3, maddələr 563, 565, № 4, maddə 743, № 5, maddələr 944, 972; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 17 dekabr tarixli 480 nömrəli və 18 dekabr tarixli 484 nömrəli qərarları) ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nın 7.3-cü bəndi aşağıdakı redaksiyada verilsin:
“7.3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyi”.
2. “Dövlət borcunun və dövlət zəmanətinin reyestrinin aparılması Qaydası”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 8 fevral tarixli 36 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 2, maddə 117) aşağıdakı dəyişikliklər edilsin:
2.1. adına, 1-ci və 2-ci hissələrinə “zəmanətinin” sözündən sonra “, habelə xarici dövlətlərin Azərbaycan Respublikasına olan borcunun” sözləri əlavə edilsin;
2.2. preambulaya “bəndinin” sözündən sonra “və Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 16 oktyabr tarixli 842 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyi haqqında Əsasnamə”nin 2.0.3-cü yarımbəndinin” sözləri əlavə edilsin;
2.3. həmin Qərarla təsdiq edilmiş “Dövlət borcunun və dövlət zəmanətinin reyestrinin aparılması Qaydası” üzrə: 
2.3.1. adına “zəmanətinin” sözündən sonra “, habelə xarici dövlətlərin Azərbaycan Respublikasına olan borcunun” sözləri əlavə edilsin;
2.3.2. 1.1-ci bənd aşağıdakı redaksiyada verilsin:
“1.1. Bu Qayda dövlət borcunun və dövlət zəmanətinin, habelə xarici dövlətlərin Azərbaycan Respublikasına olan borcunun reyestrinin (bundan sonra – reyestr) tərtib edilməsi və aparılması qaydasını müəyyən edir.”;
2.3.3. 1.2-ci bəndə (hər iki halda) ismin müvafiq hallarında “öhdəliklər” sözündən sonra ismin müvafiq hallarında “, habelə xarici dövlətlərin Azərbaycan Respublikasına olan borcları” sözləri əlavə edilsin;
2.3.4. 1.3-cü bəndə “öhdəliyin” sözündən sonra “, habelə xarici dövlətlərin Azərbaycan Respublikasına olan borclarının” sözləri əlavə edilsin;
2.3.5. 1.4-cü bəndə “maddəsinə” sözündən sonra “və Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 16 oktyabr tarixli 842 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyi haqqında Əsasnamə”nin 2.0.3-cü yarımbəndinə” sözləri və “zəmanətinin” sözündən sonra “, habelə xarici dövlətlərin Azərbaycan Respublikasına olan borclarının” sözləri əlavə edilsin;
2.3.6. 2.1.2-ci yarımbəndə “öhdəlikləri” sözündən  sonra “, habelə xarici dövlətlərin Azərbaycan Respublikasına olan borcları” sözləri əlavə edilsin və “iki” sözü “üç” sözü ilə əvəz edilsin;
2.3.7. 3.1-ci bəndə (hər iki halda) “zəmanətinə” sözündən sonra “, habelə xarici dövlətlərin Azərbaycan Respublikasına olan borclarına” sözləri əlavə edilsin;
2.3.8. 3.2.1-ci yarımbəndə “zəmanətin” sözündən sonra “,  habelə xarici dövlətlərin Azərbaycan Respublikasına olan borcun” sözləri əlavə edilsin;
2.3.9. 4.1-ci bəndə “zəmanətinin” sözündən sonra “, habelə xarici dövlətlərin Azərbaycan Respublikasına olan borcun” sözləri əlavə edilsin;
2.3.10. 6-cı hissəyə “zəmanətlərinə” sözündən sonra “, habelə xarici dövlətlərin Azərbaycan Respublikasına olan borcuna” sözləri əlavə edilsin.
3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 19 dekabr tarixli 277 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 12, maddə 1115; 2009, № 2, maddə 153, № 4, maddə 282, № 7, maddə 605, № 8, maddələr 674, 680, № 10, maddələr 846, 852, 856; 2010, № 1, maddə 60, № 2, maddələr 146, 161, № 10, maddələr 906, 912, № 11, maddə 1040; 2011, № 1, maddə 66, № 5, maddə 446, № 9, maddələr 856, 862; 2012,  № 5,  maddə  479,  № 8, maddə 818,  № 10, maddə 1027,  № 11, maddə 1205; 2013, № 1, maddə 74, № 8, maddələr 1014, 1037; 2014, № 1, maddə 69,  № 3, maddə 313,  № 6, maddə 736, № 7, maddə 919, № 10, maddə 1308; 2015, № 2, maddə 227, № 5, maddə 611, № 6, maddə 800, № 11, maddə 1414; 2016, № 1, maddə 171, № 2 (II kitab), maddə 382, № 3, maddə 608, № 4, maddələr 782, 831, № 5, maddə 955, № 7, maddə 1343, № 8, maddələr 1440, 1450, № 9, maddələr 1584, 1585, 1587, № 11, maddə 1976, № 12, maddə 2241; 2017, № 2, maddələr 282, 296, 311, № 5, maddə 972, № 8, maddə 1611, № 10, maddələr 1921, 1922, № 11, maddə 2186; 2018, № 2, maddə 336, № 3, maddələr 578, 625, 631, № 7 (II kitab), maddə 1655, № 10, maddələr 2142, 2161; 2019, № 1, maddə 160, № 3, maddələr 529, 563, 565, № 4, maddə 743, № 5, maddələr 944, 972; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 17 dekabr tarixli 480 nömrəli, 18 dekabr tarixli 484 nömrəli və 30 dekabr tarixli 526 nömrəli qərarları) ilə təsdiq edilmiş “Dövlət orqanlarının aparatının (və ya onların fəaliyyətini təmin edən qurumların) və onun bölmələrinin adları”nda “Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Borcunun İdarə Edilməsi Agentliyi” sözləri “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyi” sözləri ilə əvəz edilsin.
4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 18 iyul tarixli 120 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,  2011, № 7,  maddə 747; 2012, № 8, maddələr 827, 830;  2013, № 3, maddə 347, № 7, maddə 886, № 8, maddə 1017, № 10, maddə 1218; 2014, № 1, maddələr 51, 69, № 2, maddə 201, № 4, maddə 441, № 5, maddələr 572, 594, № 6, maddə 747, № 8, maddə 1015, № 12, maddələr 1658, 1666; 2015, № 2, maddə 227, № 11, maddə 1417; 2016, № 3, maddə 609, № 4, maddə 831, № 5, maddə 955, № 7, maddə 1353, № 8, maddə 1437, № 9, maddələr 1585, 1589, № 12, maddə 2241; 2017, № 5, maddə 966,   № 10,  maddələr  1890,  1919,  № 11,  maddə  2168,  № 12  (II kitab), maddələr 2476, 2487, 2507; 2018, № 3, maddələr 588, 632, № 6, maddə 1374, № 7 (II kitab), maddə 1668, № 8, maddə 1807, № 9, maddə 1906, № 10, maddələr 2142, 2172, № 11, maddə 2426; 2019, № 3, maddələr 529, 563) ilə təsdiq edilmiş 2 nömrəli əlavə – “Azərbaycan Respublikasının mərkəzi icra hakimiyyəti və məhkəmə orqanlarının aparatları (hərbi qurumlar, dövlət təhlükəsizliyi, xarici kəşfiyyat xidmətləri, hüquq-mühafizə və prokurorluq orqanları, rayon (şəhər) məhkəmələri istisna olmaqla), mərkəzi icra hakimiyyəti orqanlarının yerli bölmələri, onların yanında, tabeliyində olan orqanlar, mərkəzi icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentliklərinin, dövlət xidmətlərinin aparatları və onların yerli bölmələri üçün xidməti minik avtomobillərinin say həddi (limiti)” cədvəlinin 38-ci hissəsinin “Orqanın adı” sütununda “Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Borcunun İdarə Edilməsi Agentliyi” sözləri “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyi” sözləri ilə əvəz edilsin. 

 

Əli ƏSƏDOV
Azərbaycan Respublikasının Baş Naziri

NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə