Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ekstremizmə qarşı mübarizəyə həsr olunmuş konfrans

“Euronews”un məlumatına görə, Müsəlman Dünyası Liqasının (MWL) təşəbbüsü ilə BMT-nin Cenevrədəki ofisində ekstremizmə qarşı mübarizəyə həsr olunmuş konfrans keçirilib. Konfransda liqanın baş katibi Əbdül Kərim Əl-İssa, müxtəlif ölkələrin hökumət nümayəndələri, dini icmaların rəhbərləri və səfirlər iştirak ediblər.

Konfransı açan Əbdül Kərim Əl-İssa uşaqların və gənclərin ekstremizm təbliğatından qorunması məqsədilə hökumətlərin və ilahiyyatçıların birgə fəaliyyətinin zəruriliyini qeyd edib. O əlavə edib ki, bu kontekstdə mədəniyyətlərarası və dinlərarası dialoqun böyük əhəmiyyəti var.
Baş katib deyib: “Düşünürəm ki, dini liderlər fitvalarında daha diqqətli olmalı, yaşadıqları regionun reallıqlarını nəzərə almalıdırlar. Silahlı münaqişələrin davam etdiyi və terror aktlarının törədildiyi ölkələrdə sülhə və sabitliyə yönəlmiş çağırışlar daha çox səslənməlidir”.

 

Rövşən ATAKİŞİYEV, “Xalq qəzeti”

20 2020 23:51 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə