Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

BMT rəsmisi: İdlibdə sakinlər üçün təhlükəsiz yer qalmayıb

BMT Baş katibinin müavini Mark Loukak dünən Təhlükəsizlik Şurasının Suriyadakı vəziyyətə həsr olunan fövqəladə iclasında deyib ki, Bəşər Əsəd rejimi və müttəfiqlərinin aramsız hücumları nəticəsində Suriyanın şimal-şərqindəki İdlib vilayətində dinc sakinlər üçün təhlükəsiz yer qalmayıb. Bu barədə “Anadolu” agentliyi məlumat yayıb. 

M.Loukak qeyd edib ki, hazırda regionda vəziyyət son dərəcə təhlükəli həddə çatıb. Son günlər İdlibdə dağıntıların miqyası kəskin artıb. Təkcə son 15 gün ərazində yüzdən çox dinc sakin silahlı hücumların və hava zərbələrinin qurbanına çevrilib. Onların arasında uşaq, qadın və qocalar da var. Hazırda 900 mindən çox insan İdlibi tərk edərək təhlükəsiz yer axtarır. Lakin əhali üçün təhlükəsiz yer qalmayıb 
Loukak deyib: “Hazırda İdlibdə faktiki olaraq humanitar fəlakət yaşanır. Bu günlər 50 mindən çox insan gecəni şaxtada açıq səma altında keçirir. İnsanların bir çoxunun don vurması səbəbilə öldüyü barədə xəbərlər dolaşır. Bu, böyük bədbəxtlikdir, bu barədə düşünmək lazımdır”. 
Yeri gəlmişkən, Təhlükəsizlik Şurasının iclasında ABŞ, Böyük Britaniya və Almaniyanın rəsmiləri də çıxış edərək Əsəd rejiminin əhaliyə qarşı qəddar hərəkətlərini kəskin pisləyiblər. Onlar rəsmi Dəməşqdən İdlibdəki deskalasiya zonasında Türkiyənin müşahidə mənətəqlərinə hücumları dayandırmağı tələb ediblər. 
ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Kelli Kraft deyib ki, Vaşinqton qətiyyətlə Əsəd rejimindən ordusunu İdlibdən geri çəkməyi tələb edir və ərazidə öz fəaliyyətini Türkiyə ilə koordinasiya edir. 

 

M.HACIXANLI,
“Xalq qəzeti” 

20 2020 23:51 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə