Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Demokrat namizədlərin debatlarının doqquzuncu turu keçirilib

“NBC News” və MSNBC kanallarının məlumatına görə, Birləşmiş Ştatların Nevada ştatının Las-Veqas şəhərində Demokratlar Partiyasından ABŞ prezidentliyinə namizədlərin seçkiqabağı debatlarının doqquzuncu turu keçirilib.

Mənbə qeyd edir ki, Demokratlar Partiyasının nümayəndələri ABŞ prezidentliyinə öz namizədlərini seçməlidirlər. Həmin namizəd bu il prezident kürsüsü uğrunda Donald Trampla mübarizə aparmalıdır.
Qeyd edilir ki, debatlarda Vermontdan senator Berni Sanders, Saut-Bend şəhərinin keçmiş meri, Pit Buttiqeq (İndiana ştatı), Massaçusets ştatından senator Elizabet Uorren, Minnesota ştatından senator Emi Klobuçar, sabiq vitse-prezident Co Bayden və Nyu-Yorkun sabiq meri, milyarder Maykl Blumberq iştirak ediblər.
Məlumata görə, debatlarda namizədlərin ABŞ səhiyyə sistemində islahatların aparılması barədə planları, qlobal istiləşmə problemi, namizədlərin həmkarlar ittifaqları ilə münasibətləri, ABŞ-ın ticarət münasibətləri və Amerika cəmiyyəti qarşısında duran digər mühüm problemlər müzakirə edilib.

 

Mahmud QƏRİBOV, “Xalq qəzeti”

20 2020 23:48 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə