Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İlk məscid

Yunanıstanın Votanikos rayonunda ilk məscidin açılışı planlaşdırılır. Məlumata görə, məsciddə iyulun 31-i günü Qurban bayramı təntənəli şəkildə qeyd olunacaq. Rəsmi statistikaya görə, Yunanıstanda müsəlmanların sayı 150-200 min nəfər təşkil edir. Qeyd edək ki, Afina Avropa ölkələrinin paytaxtları arasında məscidin olmadığı son şəhər idi. 1832-ci ildən başlayaraq Yunanıstanın heç bir hökuməti şəhərdə məscid inşa edilməsinə icazə verməyib. Yalnız 2013-cü ildə hökumət məscidin inşa edilməsinə 946 min avro vəsait ayırıb. Qərar müsəlman icması tərəfindən müsbət qarşılanıb.
Məlumatı “Euronews” yayıb.

Hazırladı: Elçin ABBASOV, “Xalq qəzeti”

 

 

20 2020 23:45 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə