Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Neftin qiyməti bahalaşmaqda davam edir

Dünya bazarında “qara qızıl”ın qiyməti bahalaşmaqda davam edir. Londonun “İCE” Birjasının məlumatına görə, “Brent” markalı neftin qiyməti 0,86 faiz artaraq bir bareli 59,21 dollar olub. Nyu-York  Əmtəə Birjasının məlumatına görə, Texas sortu adlandırılan  ABŞ-ın “WTI” markalı neftinin qiyməti 0,74 faiz artaraq bir bareli 53,65, Azərbaycanın “AzeriLight” markalı neftinin qiyməti 0, 82 faiz artaraq bir bareli 60,82 dollar olub.

Dünya bazarında “qara qızıl”ın qiyməti aşağı düşərkən OPEC+ dövlətləri martda keçirilməsi olan iclaslarını fevral ayına keçirmişdilər. Lakin dünya bazarında neftin qiyməti yenidən qalxmağa başlayandan sonra OPEC+ fikrini dəyişib. İclas əvvəlcədən  nəzərdə tutulduğu kimi martın 6-da keçirilicək.

Qəzənfər QASIMOV,
“Xalq qəzeti”

20 2020 17:19 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə