Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Tanınmış bəstəkar direktor təyin olunub

BDU-dan  daxil olan məlumata görə, Elmi Şuranın qərarı ilə yeni yaradılan Mədəniyyət-Yaradıcılıq Mərkəzinə Azərbaycanın tanınmış bəstəkarı, Əməkdar incəsənət xadimi Nailə Mirməmmədli direktor təyin olunub.

Mərkəz tələbələrin sosial fəallığının artırılması, mədəni, humanitar və digər sahələrdə əməkdaşlığın gücləndirilməsi məqsədilə yaradılıb.

Mədəni-kütləvi tədbirlərdə iştirakı təmin etmək üçün yaradılan mərkəzin bazasında qızlardan və oğlanlardan ibarət İnstrumental və Rəqs ansamblı, eyni zamanda ölkə festivallarında, milli bayramlarda, respublikadan kənarda keçirilən tədbirlərə qatılmaq üçün Universitet tələbələrindən ibarət qrupların təşkili işinin həyata keçirilməsi nəzərdə tutulub.

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

20 2020 15:34 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə