Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qırğızıstanın Xalq şairi təltif olundu

Azərbaycan Respublikasının Mədəniyyət naziri Əbülfəs Qarayev Qırğızıstanın Xalq şairi, bu ölkənin Beynəlxalq Türk Mədəniyyəti Təşkilatındakı (TÜRKSOY) təmsilçisi Kojogeldi Kuluyevi fəxri fərmanla təltif edib.

Azərbaycanın TÜRKSOY-dakı nümayəndəsi Elçin Qafarlı fəxri fərmanı Xalq şairinə onun Ankarada-- TÜRKSOY-un mərkəzi qərargahında keçirilən yubiley mərasimində təqdim edib.

Fəxri fərmanda görkəmli qırğız şairinin Azərbaycan və Qırğızıstan arasında mədəni əlaqələrin inkişafı və Azərbaycan mədəniyyətinin təbliğində səmərəli fəaliyyəti ilə əlaqədar təltif edildiyi bildirilir.

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

20 2020 15:31 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə