Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Xocalıda can qaldı”

Bu gün  Azərbaycan İstiqlal Muzeyi və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş "Xocalıda can qaldı" adlı tədbir təşkil ediləcək.

Muzeydən bildirilib ki, Xocalı faciəsinin acı xatirəsini yaşatmaq, bu barədə ictimaiyyəti geniş şəkildə məlumatlandırmaq, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə etmək məqsədi ilə keçiriləcək tədbirin rəsmi hissəsində, Azərbaycan İstiqlal Muzeyinin icraçı direktoru Sədi Mirseyibli, ADMİU-nun rektoru Ceyran Mahmudova, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru, Xalq rəssamı Arif Əziz, kinorejissor, ssenari müəllifi, Azərbaycan Respublikasının Xalq artisti Vaqif Mustafayev çıxış edəcəklər.

Tədbirdə Azərbaycanın Xalq artisti, rejissor Vaqif Mustafayevin "Xocalıya ədalət!" beynəlxalq təbliğat - təşviqat kampaniyası çərçivəsində lentə alınmış "Dərdimi çəkirəm" sənədli filmi nümayiş olunacaq.

Tədbir çərçivəsində Türkiyənin Qazi Universiteti tərəfindən ADMİU-ya hədiyə edilmiş əsərlərdən ibarət sərgi də açılacaq. Sərgidə Ankara Qazi Universitetində təhsil alan Türkiyə, Azərbaycan, Qırğızıstandan olan rəssam tələbələrin yaratdığı 13 əsər nümayiş olunacaq.

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

20 2020 15:30 - XOCALI
XOCALI

Köhnə versiyamızdan xəbərləri izlə