Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Türkiyənin Azərbaycandakı səfiri AzTU-nun qonağı olub

Türkiyə Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ərkan Özoral Azərbaycan Texniki Universitetinin (AzTU) qonağı olub.

Rektor Vilayət Vəliyev səfirə universitetdə aparılan islahatlar və bu yaxınlarda AzTU nümayəndə heyətinin Türkiyəyə işgüzar səfəri barədə ətraflı məlumat verib. Rektor İstanbul və Ankara şəhərlərinin qabaqcıl universitetləri, eləcə də təhsil qurumları ilə keçirilən mühüm görüşlərdən də söz açıb.

Görüşdən məmnunluğunu ifadə edən səfir Erkan Özoral AzTU-nun təmsilçilərinin Türkiyəyə səfərinin hər iki ölkənin ali təhsil sistemi üçün faydalı olduğunu söyləyib. Diplomat qeyd edib ki, iki qardaş ölkə universitetləri arasında əlaqələrin inkişaf etdirilməsi üçün səfirlik səylərini bundan sonra da davam etdirəcək.

R.TAHİR,
“Xalq qəzeti”

20 2020 15:00 - RƏSMİ XRONİKA
RƏSMİ XRONİKA

Köhnə versiyamızdan xəbərləri izlə