Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Mavi balinaların sayı artıb

Dünyanın ən böyük heyvanı olan mavi balinanın sayında artım müşahidə olunub.

Atlantik okeanının cənub sularında aparılan müşahidələr nəticəsində bir il ərzində 55 mavi balina qeydə alınıb.

Bir neçə il əvvəl təbiətdə yalnız bir-iki mavi balinanın qaldığı ehtimal edilirdi. Son 50 il ərzində aparılan müşahidələr zamanı yalnız iki balina görünmüşdü.

Qeyd edək ki, mavi balinalar Yer kürəsində mövcud olan ən iri heyvan hesab olunur. Onun uzunluğu 33 metrə, çəkisi 150 tonadək çatır.

“Xalq qəzeti”

20 2020 14:46 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə