Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Neftin quyməti artmaqda davam edir

Dünya bazarında “qara qızıl”ın qiyməti artmaqda davam edir. Londonun “İCE” Birjasının məlumatına görə, “Brent”  markalı neftin qiyməti 2,06 faiz artaraq bir bareli 58,55 dollar olub. Nyu-York  Əmtəə Birjasının məlumatına görə, Texas sortu adlandırılan ABŞ-ın “WTI” markalı neftinin qiyməti 2 faiz artaraq bir bareli 53,02 , Azərbaycanın “AzeriLight” markalı neftinin qiyməti 2 faiz artaraq 60,05 dollar olub.

Qeyd edək ki, Çində və Yaxın Şərqdə baş verən gərgin hadisələr dünya bazarında “qara qızıl”ın qiymətinə istər-istəməz təsir rdir. Ekspertlər isə bildiriblər ki, dünya birjalarında “qara qızıl”ın qiyməti artmaqda davam edəcək.

Qəzənfər QASIMOV,
“Xalq qəzeti”

19 2020 16:48 - İQTİSADİYYAT
İQTİSADİYYAT

Köhnə versiyamızdan xəbərləri izlə