Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Mərkəzi Azəri” platformasında hasilata başlanmasından 15 il ötür

Xəzər dənizinin Azərbaycan sektorundakı “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundakı “Mərkəzi Azəri” platformasında hasilata başlanmasından 15 il keçir. Ötən il “Mərkəzi Azəri”dən hasilat gündəlik orta hesabla 134 min barrel olub. İl ərzində platformadan 49 milyon barrel, yəni 6,6 milyon ton neft çıxarılıb.

İlk hasilatdan bəri “Mərkəzi Azəri”dən 937 milyon barrel və ya 127 milyon ton neft hasil olunub.

“Mərkəzi Azəri”nin işlənməsi körpü ilə birləşdirilmiş iki platforma vasitəsilə həyata keçirilir – hasilat, qazma və yaşayış platforması, kompressor və suvurma platforması. Bakıdan 100 kilometr məsafədə suyun dərinliyi 128 metr olan ərazidə yerləşən hasilat, qazma və yaşayış platforması 2005-ci ilin fevralından istismardadır. Platformanın dayaq blokunun hündürlüyü 142,7 metr, çəkisi 12 min 489 tondur. Üst modulların ölçüləri 60x100,3 metr, çəkisi 18 min 500 tondur. Yaşayış yeri isə 198 nəfərlikdir.

V.BAYRAMOV,
“Xalq qəzeti”

19 2020 16:15 - İQTİSADİYYAT
İQTİSADİYYAT

Köhnə versiyamızdan xəbərləri izlə